"Sabah" Antalya toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirib.
Masazır təmsilçisi Serbiyanın "Volvodina" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Murad Musayevin yetirmələrinin 4:2 hesablı qələbəsiylə başa çatıb. "Sabah"ın heyətində Davit Volkov dubl edib, Aleksey İsayev və Aleksey Kaşuk isə hərəyə 1 dəfə fərqlənib. Xatırladaq ki, "Sabah" Türkiyədəki yoxlama sınaq matçında Polşanın "Varta" (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.